...

"Qarabağ" - "Şerif" matçının bütün təyinatları açıqlanıb

İdman Materials 25 Avqust 2018 03:56 (UTC +04:00)
Azərbaycanın "Qarabağ" və Moldovanın "Şerif" komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb
"Qarabağ" - "Şerif" matçının bütün təyinatları açıqlanıb

Bakı. Tural Turan - Trend:

Azərbaycanın "Qarabağ" və Moldovanın "Şerif" komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.

Trend-in məlumatına görə, qarşılaşma makedoniyalı hakimlər briqadasına tapşırılıb.

Baş hakim Aleksandır Stavrev, Maryan Kirovski və Deyan Kostadinov yan xətt, Dimitar Meçkarovski isə dördüncü hakim qismində yardımçı olacaqlar. Belçikalı Yohan Verbist hakim-inspektor, latviyalı Yevgeni Milevski UEFA nümayəndəsi kimi çalışacaq.

Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 21:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti