...

"Qəbələ" Avropa Liqasında mübarizəni dayandırıb

İdman Materials 1 Avqust 2019 23:58 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları keçirilir
"Qəbələ" Avropa Liqasında mübarizəni dayandırıb

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanın "Qəbələ" klubu Gürcüstanın "Dinamo Tbilisi" klubunun qonağı olub.

Oyun ev sahibinin 3:0 hesablı qələbədi ilə yekunlaşıb. Qollar: L.Şengelia (68-ci də 88-ci dəqiqələr), K.Karikari (90+3-cü dəqiqə).

Beləliklə, "Dinamo Tbilisi" II təsnifat mərhələsinə yüksəlib, "Qəbələ" isə Avropa Liqasında mübarizəni dayandırıb.

Xatırladaq ki, cütün ilk oyununda da "Qəbələ" məğlub olmuşdu (2:0).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti