...

Dünya və Avropa çempionu Hacı Məhəmməd Müslümzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

İdman Materials 2 Noyabr 2019 15:10 (UTC +04:00)
Respublika Veteranlar Təşkilatının akt zalında samboçu və cüdoçu Məhəmməd Müslümzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Dünya və Avropa çempionu Hacı Məhəmməd Müslümzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Respublika Veteranlar Təşkilatının akt zalında samboçu və cüdoçu Məhəmməd Müslümzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbirdə çıxış edərək Hacı Məhəmməd Müslümzadənin sambo və cüdo üzrə əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, M.Müslümzadə ömrünün əlli ildən çox hissəsini Azərbaycanda idmanın inkişafına və təbliğinə həsr edib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, veteranlar, idman təşkilatlarının və ictimaiyyətin nümayəndələri çıxışlarında Azərbaycanda dövlətin ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.

Qeyd edilib ki, yubilyar ölkəmizdə sambonun və cüdonun inkişafına töhfə verib. Sambo və cüdo üzrə SSRİ İdman ustası, usta cüdoçular arasında dünya çempionu olan M.Müslümzadənin idman nailiyyətləri gənc nəslə örnəkdir.

Qeyd edək ki, 1961-1972-ci illərdə idmançı, sonrakı dövrdə isə məşqçi və hakim kimi fəaliyyət göstərən M.Müslümzadə 2002-2005-ci illərdə sambo, 2009-2018-ci illərdə cüdo üzrə veteranların dünya və Avropa çempionatlarında qalib və mükafatçı olub.

O, 1974-cü ildə sambo, 1976-cı ildə cüdo üzrə SSRİ İdman ustası, 2007-ci ildə Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti