...

Qış Olimpiya Oyunlarında medal qazanan ilk idmançılar məlum olub

İdman Materials 5 Fevral 2022 12:36 (UTC +04:00)
Qış Olimpiya Oyunlarında medal qazanan ilk idmançılar məlum olub

Bakı. Orxan Nəbiyev - Trend:

Pekində start götürmüş Qış Olimpiya Oyunlarında ilk mükafatçıların adı məlum olub.

Trend-in məlumatına görə, qadınlar arasında xizəksürmə üzrə skiatlon yarışlarında Norveç idmançısı Terez Yohauq Olimpiya çempionu olub.

O, 15 kilometrlik məsafəni 44 dəqiqə 13,7 saniyəyə qət edib.

Gümüş medalı Rusiya xizəkçisi Natalya Nepryayeva, bürünc medalı isə avstriyalı idmançı Tereza Ştadlober qazanıb.

Ötən gün açılış mərasimi baş tutmuş 24-cü Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti