Bakı. Trend:
Mən bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyində böyük yarış təcrübəsi qazandım.
Bunu Trend-ə yarışların iştirakçısı, "Ocaq Sport" klubunun yetirməsi Məryəm Quliyeva deyib.
"Mən gimnastların çıxışını ilk dəfə televizordan gördüm. Onların hərəkətlərini o qədər bəyəndim ki, mən də məşqlərə başlamaq istədim. Yarışlarda özümü yaxşı hiss edirəm, həyəcan demək olar ki, yoxdur. Biz burada yarış təcrübəsi qazanırıq, öyrəndiklərimizi nümayiş etdirmək imkanı əldə edirik", - gimnast deyib.
Qeyd edək ki, iyunun 1-2-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyi keçirilir. Yarışlarda 248 gimnast çıxış edir, onlardan 202-i paytaxt idman klublarını, 46 nəfəri bölgələri təmsil edir.
İkigünlük yarışlarda idmançılar həm çoxnövçülük, həm fərdi proqramda, həm də qrup hərkətlərdə mübarizə aparır.
(Tərcümə: Orxan Nəbiyev)