Bakı. Trend:
Gənclər və idman naziri Fərid Qayıbov Şahdağ Milli Parkına daxil olan “Heydər zirvəsi”nə (3751 metr) qalxıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onu Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı müşayiət edib.
Yürüş Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə baş tutub.