Bakı. Trend:
Türkiyə Superliqasında XII turun oyunları başa çatıb.
Trend xəbər verir ki, turun son oyun günündə İstanbulun böyük klubları meydana çıxıb.
“Qalatasaray” evdə “Samsunspor”u 3:2 hesabı ilə məğlub edib, “Fənərbağça” isə “Sivasspor”a qarşı 4:0-lıq qələbə qazanıb. “Beşiktaş” isə səfərdə “Başakşəhər”ə qalib gələ bilməyib və oyun 0:0 hesabı ilə nəticələnib.
Hazırda turnir cədvəlinə 31 xalla “Qalatasaray” liderlik edir. “Fənərbağça” isə liderdən 5 xal geri qalaraq 2-ci yerdədir. “Beşiktaş” isə 21 xalla 5-ci pillədədir.