...

Afrika Vətəndaş Cəmiyyəti Təşkilatlarının COP29-dan gözləntiləri müzakirə edildi (FOTO)

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 09:28 (UTC +04:00)
Afrika Vətəndaş Cəmiyyəti Təşkilatlarının COP29-dan gözləntiləri müzakirə edildi (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

"Afrika Vətəndaş Cəmiyyəti Təşkilatlarının COP29-dan gözləntiləri: İddialı Yeni Kollektiv Kəmiyyətli Məqsədlərə Çağırış" mövzusunda COP29 çərçivəsində tədbir keçirilib.

Trend-in xəbərinə görə, tədbirdə bildirilib ki, COP29 qlobal iqlim fəaliyyətini yenidən formalaşdırmaq üçün əhəmiyyətli potensiala malikdir, xüsusilə də maliyyələşdirmə mexanizmlərinin mühüm sahələrində və ən həssas icmaların ehtiyaclarına cavab verir.

Qeyd edilib ki, Afrika Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) qlobal ictimaiyyətdən vədləri yerinə yetirməyi və daha iddialı, ədalətli iqlim maliyyəsi məqsədləri təyin etməyini gözləyir.

Vurğulanıb ki, iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyətli Məqsədin yaradılması, hazırda uyğunlaşma üzrə qlobal məqsəd (GGA - The Global Goal on Adaptation) danışıqlarında müzakirə olunan Afrikanın uyğunlaşma ambisiyaları ilə uzlaşmalıdır.

Əlavə edilib ki, Paris Sazişinin ruhu və iqlim ədalətinin imperativləri Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) əsasını təşkil etməlidir.

Pan Afrika İqlim Ədalət Alyansı (PACJA - Pan African Climate Justice Alliance) böyük inkişaf etmiş ölkələri Paris sazişi ilə üzərilərinə götürdükləri öhdəlikləri “Vədlərinə əməl etməyə”, Bakıda Yeni Kollektiv Kəmiyyət Məqsədini təmin etməyə və iqlim böhranını həll etmək üçün davamlı iqlim maliyyə axınını təmin etməyə çağırmaqdır.

Burada məqsəd, həmçinin, Azərbaycan QHT-ləri və Mediası tərəfindən Afrika kontekstinə aid əsas məsələlərin daha yaxşı anlaşılması və qiymətləndirilməsi üçün COP29-da qarşılıqlı həmrəylik göstərməkdir. Onlar iqlim maliyyəsində qlobal bərabərliyə nail olmaq üçün birbaşa iqlim ədaləti tələb edirlər.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti