...

Nüvə enerjisi və karbon əkinçiliyi Qazaxıstanın iqlim strategiyasının əsas elementləridir - Tokayev

İqtisadiyyat Materials 12 Noyabr 2024 16:00 (UTC +04:00)
Nüvə enerjisi və karbon əkinçiliyi Qazaxıstanın iqlim strategiyasının əsas elementləridir - Tokayev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan erkən xəbərdarlıq sistemləri üçün monitorinq və rəqəmsal alətlərə, habelə su və torpaq resurslarının idarə olunmasını yaxşılaşdırmağa investisiya edir.

Trend xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 konfransında çıxışı zamanı bildirib.

Prezident vurğulayıb ki, Qazaxıstan metan emissiyalarını azaltmaq üçün layihələr üzərində fəal şəkildə çalışır, xüsusilə kömür, neft, qaz və kənd təsərrüfatı kimi əsas sahələrdə.

"Tərəfdaşlarımızla birlikdə metan emissiyalarını azaltmağa yönəlmiş konkret layihələr üzərində işləməyə davam edirik", - deyə Kasım-Jomart Tokaev bildirib.

O, bu təşəbbüslərin metan emissiyalarını 3 dəfə azaltmağa səbəb olduğunu əlavə edib

Böyük kənd təsərrüfatı resurslarına malik olan Qazaxıstan karbon əkinçiliyini təşviq edir - bu, istixana qazlarının emissiyalarını azaltmaq və torpaq keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş praktikalar kompleksidir.

"Qazaxıstan 200 milyon hektar kənd təsərrüfatı torpaqları ilə karbon kənd təsərrüfatı üçün yaxşı imkanlara malikdir", - deyə dövlət başçısı bildirib və beynəlxalq maraqlı tərəfləri ölkədə davamlı kənd təsərrüfatı sahəsində sərmayələr üçün imkanları öyrənməyə dəvət edib.

Həmçinin, Qazaxıstanın qlobal enerji transformasiyasında rolu, xüsusən də aşağı karbonlu nüvə energetikasının inkişafına verdiyi əhəmiyyətli töhfəni vurğulayıb. Uranın dünya üzrə ən böyük ixracatçılarından biri olan Qazaxıstan, dünya tədarüklərinin 43 faizini təşkil edir və ekoloji cəhətdən təmiz enerjidə əsas oyunçudur.

Qazaxıstan Prezidenti həmçinin bildirib ki, yaxınlarda keçirilən referendumla ölkədə atom elektrik stansiyasının tikintisi təsdiqlənib.

"Biz layihənin təhlükəsizliyini və səmərəliliyini təmin etmək məqsədilə dünya texnologiya liderləri ilə əməkdaşlıq etməyə çalışırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti