...

Beynəlxalq məhkəmə Azərbaycanın Ermənistana qarşı iddiasına mahiyyəti üzrə baxmağa qərar verdi

Siyasət Materials 12 Noyabr 2024 20:10 (UTC +04:00)
Beynəlxalq məhkəmə Azərbaycanın Ermənistana qarşı iddiasına mahiyyəti üzrə baxmağa qərar verdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq məhkəmə Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Beynəlxalq Ədalət Məhkəməsi bu gün təsdiq edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktları ilə bağlı Azərbaycanın Ermənistana qarşı iddiası davam etdiriləcək.

Məhkəmə həmçinin Ermənistanın mina və mina tələlərinin yerləşdirilməsi praktikası ilə bağlı iddiaları Məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdini də rədd edib. Ermənistanın mina kampaniyalarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say faciəvi şəkildə bu günə qədər artmaqda davam edir", - o bildirib.

Xəbər lenti

Xəbər lenti