...

COP for Hope: Azərbaycan və İndoneziya hökumətləri iqlim dəyişikliyini yumşaltmaqda qərarlıdır - Siyasətçi

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 19:19 (UTC +04:00)
COP for Hope: Azərbaycan və İndoneziya hökumətləri iqlim dəyişikliyini yumşaltmaqda qərarlıdır - Siyasətçi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Azərbaycan və İndoneziya qalıq yanacaq istehsal edən ölkələrdir. Hər iki hökumət iqlim dəyişikliyini yumşaltmağa qərarlıdır.

Bu sözləri Trend-ə İndoneziya Gerindra Partiyasının həmtəsisçisi, siyasətçi, biznesmen Haşim Djojohadikusum deyib.

O, iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində danışıqların hələ davam etdiyini bildirib:

"Düşünürəm ki, danışıqlar yaxşı gedir, dəqiq deyə bilmərəm, amma nəticə hələ tamamlanmayıb.
Burada müxtəlif ölkələrdən və müxtəlif çoxtərəfli təşkilatlardan fərqli insanlar iştirak edir.

Əvvəllər qeyd etdiyim proqramlardan biri hökumətimizin yaxın illərdə kütləvi meşə proqramına başlaması ilə bağlıdır. Bu proqram ən azı 12 milyon hektar və daha çox deqradasiyaya uğramış meşə sahələrini əhatə edəcək".

"Azərbaycan qalıq yanacağı istehsal edən ölkədir, İndoneziya qalıq yanacaq istehsal edən ölkədir. Hər iki hökumət iqlim dəyişikliyini yumşaltmağa qərarlıdır", - o vurğulayıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti