...

Bakıda keçirilən iqlim dəyişikliyi konfransı Cənubi Qafqaz regionu üçün mühüm hadisədir - İrakli Kobaxidze

Dünya xəbərləri Materials 12 Noyabr 2024 16:04 (UTC +04:00)
Bakıda keçirilən iqlim dəyişikliyi konfransı Cənubi Qafqaz regionu üçün mühüm hadisədir - İrakli Kobaxidze
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan iqlim böhranının aradan qaldırılması ideyasına sadiq qalır və müsbət dəyişiklikləri dəstəkləmək üçün təsirli tədbirlər görməyə davam edir.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze "X" sosial şəbəkəsində yazıb.

Hökumət başçısı qeyd edib ki, BMT-nin Bakıda keçirilən iqlim dəyişikliyi konfransı (COP29- red.) Cənubi Qafqaz regionu üçün mühüm hadisədir.

“Bakıda davam edən BMT-nin iqlim dəyişikliyi konfransında iştirak etmək mənim üçün şərəfdir. Bu, Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Biz tərəfdaşlarımızla birlikdə iqlim dəyişikliyindən yaranan problemləri və davamlı gələcək üçün onların effektiv həlli yollarını müzakirə etdik”, – deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti