Bakı. Trend:
Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları ölkənin qərbində 16 yaşlı yeniyetməni terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıb.
Trend xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Saxlanma noyabrın 5-də baş tutub. Noyabrın 8-də isə Milli Antiterror Prokurorluğu gəncin terrorçu cinayətkar qruplaşmanın fəaliyyətində iştirakda ittiham olunduğunu və saxlanıldığını təsdiqləyib.
Axtarış zamanı saxlanılan şəxsin üzərindən tapança qabı və bıçaq aşkar edilib.