Bakı. Trend:
Göyçayda 37 yaşlı kişi suda batıb.
Trend xəbər verir ki, hadisə rayonun Hacalıkənd kəndində qeydə alınıb. İlkin məlumata görə, 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlu Yuxarı Şirvan kanalının Göyçaydan keçən hissəsində suya düşüb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir. Suda batdığı ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.