...

Rumıniyanın yaşıl dəhlizi inkişaf etdirməsi zəruridir - Energetika naziri

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 14:45 (UTC +04:00)
Rumıniyanın yaşıl dəhlizi inkişaf etdirməsi zəruridir - Energetika naziri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyanın yaşıl dəhlizi inkişaf etdirməsi zəruridir.

Trend xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja COP29 çərçivəsində Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsindəki Strateji Tərəfdaşlıq Sazişə uyğun olaraq 9-cu Nazirlər görüşündə bildirib.

"Bu gün Aİ-də enerji qiymətləri xəritəsinə baxsanız, olduqca maraqlı bir şey görəcəksiniz. Bir meqavat-saatın orta qiyməti bu gün Rumıniyada 268 avro, Macarıstanda 306 avro, Fransada 104 avro, İspaniyada 76 avro və s. Bu, enerji transferi olmadan təmiz enerjiyə keçidin mümkün olmadığını vurğulayır.

Biz Avropada qarşılıqlı əlaqənin çatışmazlığını hiss edirik - Bolqarıstan Yunanıstan və bəzən Polşa ilə eyni vəziyyətdədir. Məhz buna görə də bizim üçün bu marşrutların, yəni yaşıl dəhlizin inkişafı təkcə enerji təhlükəsizliyi üçün deyil, həm də enerji sektorunda rəqabətqabiliyyətlilik baxımından çox vacibdir", - o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti