...

Böyük Britaniyanın Baş naziri 2035-ci il üçün RMDC hədəfini tezliklə elan edəcək - Dövlət Katibi

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 19:49 (UTC +04:00)
Böyük Britaniyanın Baş naziri 2035-ci il üçün RMDC hədəfini tezliklə elan edəcək - Dövlət Katibi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri 2035-ci il üçün RMDC hədəfini tezliklə elan edəcək.

Trend xəbər verir ki, bunu Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və "Net Zero" üzrə Dövlət Katibi Ed Milibend metan və istixana qazları üzrə COP29 sammiti zamanı deyib.

"İqlim üçün həlledici onilliyin yarısındayıq. Bu, bizim müzakirələrimiz üçün kontekstdir. Böyük Britaniyanın yeni hökuməti bu kritik zamanda qlobal liderlik nümayiş etdirməyə sadiqdir. Bu gün daha sonra Baş nazir qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq üçün lazım olan iddialı, iqtisadi miqyasda emissiyaların azaldılması hədəfi olacaq 2035 RMDC hədəfini elan edəcək", - o bildirib.

Onun sözlərinə görə, metan emissiyalarını azaltmaq üçün tədbirlər bu məqsədlərə çatmaq üçün vacibdir.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti