Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsi (BOK) qurumun hazırkı prezidenti Tomas Baxın istefasını qəbul edib.
Trend-in məlumatına görə, bu barədə Komitənin rəsmi saytında məlumat verilib.
Məlumata əsasən, qərar iyunun 23-də bütün səlahiyyətlər yeni rəhbərə verildikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Tomas Bax daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinə növbəti seçkidə iştirak etməyəcəyini bildirib. Seçkilər bu ilin martında IOC-un Yunanıstanda təşkil ediləcək sessiyasında keçiriləcək.