...

Rüfət Dadaşov "Dinamo"-"Zehlendorf" oyununda dubl edib

İdman Materials 27 Mart 2025 07:15 (UTC +04:00)
Rüfət Dadaşov "Dinamo"-"Zehlendorf" oyununda dubl edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada Şimal-Şərq Regional Liqasının 23-cü turunun təxirə salınmış matçında Berlin "Dinamo"su səfərdə "Zehlendorf" klubunu 5:3 hesabı ilə məğlub edib.

Trend xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi "Dinamo" bu matçda 3-cü və 75-ci dəqiqələrdə qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olub.

33 yaşlı hücumçu bu mövsüm ümumilikdə komandasının heyətində 15 qola imza atıb.

Qeyd edək ki, "Dinamo" bu qələbə ilə xallarının sayını 40-a çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti