...

“Barselona” bu tarixə kimi Kamp-Nouda oynamayacaq

İdman Materials 22 İyul 2025 09:42 (UTC +04:00)
“Barselona” bu tarixə kimi Kamp-Nouda oynamayacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın Kataloniya bölgəsinin “Barselona” futbol klubu 2026-cı ilə qədər ənənəvi ev meydançası - “Kamp Nou” stadionunda oynaya bilməyəcək.

Trend xəbər verir ki, bu barədə AS nəşri yazır.

2022-ci ildən bəri “Kamp Nou”da yenidənqurma işləri aparılır. Buna qədər stadionun 2024-cü ilin payız aylarında açılacağı planlaşdırılırdı, lakin sonradan açılış 2025-ci ilin aprel ayına, ardınca isə avqust ayına ertələndi. Lakin şəhər şurası çoxsaylı inşaat nöqsanları ilə əlaqədar arenaya lisenziya verməkdən imtina edir.

Qeyd edək ki, “Barselona” müvəqqəti olaraq ev oyunlarını İspaniyanın Olimpiya stadionunda keçirir.

Xatırladaq ki, “Kamp Nou” 1957-ci ildə açılıb. Stadion 1989 və 1999-cu illərdə Çempionlar Liqasının final matçlarına ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti