...

Kiş çayı üzərindəki körpünün bərpası başa çatdı

İqtisadiyyat Materials 25 Oktyabr 2017 16:32 (UTC +04:00)
Şəki rayonu Kiş çayı üzərində körpünün bərpası ilə bağlı “Azəravtoyol” ASC tərəfindən aparılan tikinti işləri yekunlaşdıb
Kiş çayı üzərindəki körpünün bərpası başa çatdı

Bakı. Samir Əli - Trend:

Şəki rayonu Kiş çayı üzərində körpünün bərpası ilə bağlı “Azəravtoyol” ASC tərəfindən aparılan tikinti işləri yekunlaşdıb.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, yeni inşa edilən körpünün uzunluğu 88.2 m, hərəkət hissəsi 7 m və hər bir tərəfdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqəsədi ilə 1 m enində piyada səkiləri də daxil olmaqla ümumi eni 9 metrdir.

Körpü orta dayaqsız bir aşırımlı ( 81 m. ) inşa olunub. Çay yatağından hündürlüyü 7 m-dir. Bu isə öz növbəsində gələcəkdə sel sularının körpüyə zərər vurmasının qarşısını almış olacaq.

Çayda sel suları nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib.

Layihə çərçivəsində çayda su axının təmizlənməsi və yaşayış məntəqəsini sel sularından qorumaq üçün sağ sahildə mövcud qazma-doldurma svay əsaslı monolit beton istinad divarlarının 32 m hissəsinin hündürlüyü artırılıb, sol sahildə isə 45 m uzunluğunda yeni su tənzimləyici qurğu inşa olunub.

Xatırladaq ki, 2016-cı ilin iyul ayında yağan leysan nəticəsində sel suları sözügedən körpünü uçurmuş, Kiş kəndinin rayon mərkəzi ilə avtonəqliyyat əlaqəsi kəsilmişdi. “Azəravtoyol” ASC tərəfindən əraziyə cəlb edilmiş ağır texnika və canlı qüvvə hesabına qısa müddət ərzində Kiş çayı üzərində müvəqqəti yol salınaraq gediş-gəliş bərpa olunmuşdu.

Təbii fəlakətin yol infrastrukturuna vurduğu ciddi ziyanın aradan qaldırılması və 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Prezident İlham Əliyev tərəfindən 16 avqust 2016-cı il tarixində müvafiq sərəncam imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti