...

"Azər Türk Bank" intellektual yarışmaya dəstək verib

İqtisadiyyat Materials 4 Dekabr 2017 10:23 (UTC +04:00)
Hilton hotelində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys (Azerbaijan Business Case Competition) müsabiqəsinin final mərhələsi keçirilib.
"Azər Türk Bank" intellektual yarışmaya dəstək verib

Bakı. Trend:

Dekabrın 3-də Hilton hotelində “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys (Azerbaijan Business Case Competition) müsabiqəsinin final mərhələsi keçirilib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Azərbaycanın müxtəlif universitetlərinin tələbələrinin iştirakı ilə keçirilən bu müsabiqənin qaydalarına görə, yarımfinal qalibi olmuş dörd komanda final mərhələsində maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələr üzrə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edib, kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası istiqamətlərində bilik və bacarıqlarını nümayiş etdiriblər.

Gərgin mübarizədən sonra Bakı Mühəndislik Universitetinin komandası birinci yerə layiq görülüb.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, səhmlərinin 75 faizi dövlətə məxsus "Azər Türk Bank" ölkədə 15-ci dəfə baş tutan bu mühüm əhəmiyyətli tədbirin tərəfdaşı qismində çıxış edib. Daim yenilikçi və innovativ olan "Azər Türk Bank"ın bu layihədə iştirak etməkdə niyyəti gənclərin iqtisadi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməkdə, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə onlara dəstək verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti