...

Paytaxtda daha bir küçə təmir olunub (FOTO/VİDEO)

İqtisadiyyat Materials 15 Dekabr 2017 12:34 (UTC +04:00)
Binəqədi rayonunda Şövkət Məmmədova küçəsi təmir olunub.
Paytaxtda daha bir küçə təmir olunub (FOTO/VİDEO)

Bakı. Trend:

Binəqədi rayonunda Şövkət Məmmədova küçəsi təmir olunub.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Təmir işləri “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə və texnoloji aradıcıllığa riayət olunmaqla aparılıb.

Uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 14 metr təşkil edir. Küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. 12 sm qalınlığında olmaqla yolun 12 min kv.m ərazisinə yeni asfalt-beton örtüyü döşənib. Küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülüb. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzülüb.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulub, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.

Təmir-tikinti işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti