...

Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alınıb

İqtisadiyyat Materials 22 Dekabr 2017 12:37 (UTC +04:00)
Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alınıb.
Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alınıb

Bakı. Trend:

Latviyada Azərbaycan Ticarət Evi qeydiyyata alınıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin təşviqi sahəsində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirlərinin davamı olaraq, Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan Ticarət Evinin təşkili işləri davam etdirilir.

Artıq Ticarət Evinin idarə olunması məqsədilə Latviyada “Azərbaycan Ticarət Evi" MMC (“Trading House of Azerbaijan”) yaradılıb və Latviya Respublikası Müəssisələrinin Kommersiya Reyestri tərəfindən qeydiyyata alınıb.

Azərbaycan Ticarət Evi yerli məhsullarımızın "Made in Azerbaijan" brendi altında Latviya bazarında təşviqi, marketinq araşdırmalarının aparılması, sərgilərdə vahid Azərbaycan stendi ilə iştirak, potensial alıcıların müəyyən edilməsi və işgüzar əlaqələrin qurulması, Latviya qanunvericiliyi ilə tələb olunan icazə xarakterli sənədlərin (lisenziya və kvotaların) alınması, həmçinin Latviya vasitəsilə Avropa bazarına məhsul ixracı və satışında sahibkarları dəstəkləyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti