Bakı. Ənvər Məmmədov – Trend:
Rusiya televiziyasında Azərbaycan məhsullarının reklamı 50 milyondan çox baxış sayı yığıb.
Trend-in məlumatına görə, bunu İxracatçılar Klubunun “Made in Azerbaijan” brendinin loqosunun təqdimatına həsr olunmuş iclasında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycan məhsullarının 2017-ci ilin oktyabr ayından başlayaraq Rusiyanın “Rossiya 24” telekanalında reklamına başlanılıb: "İki ay ərzində reklamlara 50 milyon dəfədən çox baxılıb".