...

Bu yolda təmir işləri aparılacaq

İqtisadiyyat Materials 1 Fevral 2019 13:12 (UTC +04:00)
Sabahdan etibarən Xocahəsən-Lökbatan avtomobil yolunda təmir-bərpa işlərinə başlanılır.
Bu yolda təmir işləri aparılacaq

Bakı. Samir Əli - Trend:

Sabahdan etibarən Xocahəsən-Lökbatan avtomobil yolunda təmir-bərpa işlərinə başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, təmir-bərpa avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti