Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iyunun 22-də Gəncə şəhərində, Komitə sədrinin birinci müavini İsmayıl Hüseynovun Göygöl rayonunda, Komitə sədrinin müavini Əsgər Abdullayevin isə Daşkəsən rayonunda nəzərdə tutulan vətəndaşların qəbulları təxirə salınıb.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bu bölgədən olan vətəndaşların qəbullarının yeni tarixi barədə əlavə məlumat veriləcək.