...

Bu il ölkə üzrə 179 binaya qaz verilib

İqtisadiyyat Materials 14 Avqust 2019 10:01 (UTC +04:00)
“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Prezidentin 19 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq “Azəriqaz” İB bu fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə müəyyən tədbirlər görüb.
Bu il ölkə üzrə 179 binaya qaz verilib

Bakı. Elçin Mehdiyev - Trend:

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq “Azəriqaz” İB bu fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə müəyyən tədbirlər görüb.

Qurumdan Trend-ə bildirilib ki, bu ilin avqustun əvvəlinə qədər 179 bina üzrə 11786 mənzil, təkcə iyul ayında isə 35 bina üzrə 3072 mənzil qazla təmin olunub.

Bu işlərin icrası çərçivəsində Birliyin əməkdaşları qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirib. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımı köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti