...

Azərbaycandan MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb

İqtisadiyyat Materials 11 Sentyabr 2019 10:45 (UTC +04:00)
Dəmir yolu və avianəqliyyatla MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb Cari ilin avqust ayında iyul ayına nisbətən dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb.
Azərbaycandan MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Cari ilin avqust ayında iyul ayına nisbətən dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb.

Trend-in məlumatına görə, qeyd edilən müddətdə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.

Qeyd edək ki, cari ilin avqust ayında iyul ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, tibbi və stomatoloji xidmətlərin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri də bahalaşıb.

Dövlət Statistika Komitəsinin hüsabatına əsasən, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti