Bakı. Trend:
Bu gündən Azərbaycanda pensiya, orta aylıq əməkhaqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşları artır.
Trend-in məlumatına görə, pensiyalar (bütün, o cümlədən minimum pensiya) orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq. Artımdan sonra minimal pensiyaların məbləğinin 230 manata çatacağı gözlənilir.
Belə ki, orta aylıq pensiya 250 manat təşkil edirsə, il ərzində bu rəqəm 300 manata çatacaq.
Qeyd edək ki, ölkədə 1 milyon 200 minə yaxın pensiyaçı var. Artım 93 faiz pensiyaçını əhatə edəcək.
Dövlət və hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər kateqoriyadan olan şəxslərin pensiyaları isə əməkhaqlarında olan artıma görə müəyyən ediləcək.
Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib.