...

Saleh Məmmədov: 5 ildə 6 min kilometrdən çox avtomobil yolları tikilib (FOTO)

İqtisadiyyat Materials 21 Fevral 2020 14:56 (UTC +04:00)
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Saleh Məmmədov: 5 ildə 6 min kilometrdən çox avtomobil yolları tikilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Trend-in məlumatına görə, agentliyin əməkdaşları, həmçinin görkəmli oftalmoloq alim Zərifə Əliyevanın da məzarı önünə gül dəstələri qoyub.

Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Peşə bayramı tədbiri AAYDA-nın inzibati binasında davam etdirilib.

Tədbiri giriş sözü ilə açan agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ölkəmizin yol infrastrukturu sahəsində əldə edilən nailiyyətlərdən danışıb.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, vətəndaşların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, sərnişin və yük daşımasını asanlaşdırmaq, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizm və kənd təsərrüfatının inkişafına səbəb olmaq məqsədi ilə son 5 il ərzində ümumi uzunluğu 6 min km-dən çox olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Təkcə 2019-ci ildə uzunluğu 1376 km olan 54 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. 2020-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və kəndlərarası, qəsəbələrarası avtomobil yollarının, həmçinin qəsəbədaxili küçə və yolların təmir-tikintisi olmaqla ümumilikdə 50-dən artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub.

Sonda 22 fevral Azərbaycan Respublikası avtomobil yolları işçilərinin Peşə bayramı günü münasibətilə avtomobil yolları infrastrukturunun inkişafı istiqamətində aparılan işlərin ictimaiyyətə dəqiq və dolğun çatdırılmasına görə, bir sıra media qurumlarına, həmçinin avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə, agentliyin bəzi əməkdaşlarına fəxri diplom, fəxri fərman və mükafatlar təqdim olunub, onlara iş fəaliyyətində uğurlar arzu edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti