Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə və Azərbaycan toxumçuluq sahəsində əməkdaşlığı genişləndirəcək.
Bu barədə Trend-ə Türkiyə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.
Məlumatda qeyd olunub ki, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində buğda və arpa kimi dənli bitkilərin, eləcə də qırmızı mərcimək və noxud, günəbaxan sortlarının istehsalı və yeni növlərin sınağı hər iki ölkədə qarşılıqlı şəkildə həyata keçiriləcək:
"Bütün bunlarla yanaşı hər iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında sertifikatlaşdırılmış toxum istehsalı və bu sahədə sertifikatlaşdırma aparılması üçün əməkdaşlıq nəzərdə tutulur".
Nazirlikdən o da bildirilib ki, Azərbaycan və Türkiyənin bu sahədə əməkdaşlığı daha da inkişaf etdirməsi hər iki ölkənin maraqlarına xidmət edir.