...

Azərbaycan məhsulları 3-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur (FOTO)

İqtisadiyyat Materials 6 Noyabr 2020 16:27 (UTC +04:00)
Azərbaycan məhsulları 3-cü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur (FOTO)

Bakı. Trend:

Çin Xalq Respublikasının Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi keçirilir.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin məhsulları - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, qənnadı və məmulatları, çay, meyvə qurusu nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti