...

Bakıda bağ evlərinin qiyməti xeyli artıb - SƏBƏB

İqtisadiyyat Materials 10 Fevral 2021 14:17 (UTC +04:00)
Bakıda bağ evlərinin qiyməti xeyli artıb - SƏBƏB

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində həm ay, həm də il ərzində əhəmiyyətli dərəcədə artım qeydə alınıb.

“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimovun Trend-ə verdiyi məlumata görə, yanvar ayında fərdi yaşayış və bağ evlərinin qiymətində 8.99 faiz artım müşahidə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 10.87 faizə bərabər olub.

Ekspertin sözlərinə görə, qiymət artımına müxtəlif amillər təsir edir:

"Bu amillərdən biri bazarda struktur dəyişikliyidir, yəni daşınmaz əmlak ucuz alınır, baha satılır və tədricən ucuz əmlaklar sıradan çıxır. Digər faktorlar isə inflyasiyanın təsiri, daşınmaz əmlak bazarında təklif paketinin azalmasıdır. Bütün bu amillər qiymətlərə təzyiqlər yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti