...

Bakıda bağ evlərinə tələbat artır, qiymət bahalaşır

İqtisadiyyat Materials 20 May 2021 20:37 (UTC +04:00)
Bakıda bağ evlərinə tələbat artır, qiymət bahalaşır

Bakı. Elçin Mehdiyev - Trend:

Yay fəslinin yaxınlaşması Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində artıma səbəb olub.

"MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, aprel ayında fərdi yaşayış və bağ evlərinin qiyməti 2,27% bahalaşıb.

Fərdi yaşayış və bağ evlərinin orta qiyməti 993 manat/kv.m təşkil edib. Ekspert bildirib ki, yay mövsümü yaxınlaşdıqca hər il olduğu kimi, bu il də Bakıda bağ evlərinin qiymətində artım gözlənilən idi.

Ekspertin sözlərinə görə, həmçinin bağ evlərinin kirayə qiymətlərində də artım müşahidə olunur. Belə ki, fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri 14,2% artıb. O qeyd edib ki, yay mövsümündə insanlar istirahət üçün bağ evlərinə üz tutur və bu tikililərə tələbat xeyli artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti