...

Azad edilən ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlanıb

İqtisadiyyat Materials 10 Avqust 2021 15:45 (UTC +04:00)
Azad edilən ərazilərin bərpasına xərclənən vəsaitin həcmi açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad edilən ərazilərdə bərpa və yenidən qurulma işlərinə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2200,0 milyon manat nəzərdə tutulub.

2021-ci ilin 6 ayı ərzində bu vəsaitin 16,9 faizi və ya 372,1 milyon manatı istifadə olunub.

Twitter: @ElchinMehdiyev

Xəbər lenti

Xəbər lenti