...

Samsung J.D. Power 2021 reytinqində liderdir

İqtisadiyyat Materials 25 Avqust 2021 17:00 (UTC +04:00)
Samsung J.D. Power 2021 reytinqində liderdir

Bakı. Trend:

1968 -ci ildə ABŞ-da təsis edilmiş J.D. Power şirkəti müştəri məmnuniyyəti araşdırmalarını həyata keçirən nüfuzlu təşkilatdır. Agentliyin analitikləri mütəmadi olaraq məişət texnikası, avtomobil, telekommunikasiya və digər sahələrdə araşdırmalar aparır. Belə ki, bu il Məişət texnikası üzrə hər hansı brendən daha çox J.D. Power mükafatı alan Samsung, mövcud 11 seqmentdən 9 -da birinci yerə layiq görülüb.

İstehlakçıların məişət texnikasından məmnuniyyəti altı faktora əsaslanaraq 1000 ballıq sistemlə qiymətləndirilmişdir, bunlardan istifadə rahatlığını, funksionallığı, performans və etibarlılığı, qiyməti, dizayn, görünüş və zəmanəti qeyd etmək olar. Buraya paltaryuyan və quruducu maşın, soyuducu, qabyuyan maşın və mikrodalğalı soba kimi Samsung məhsulları daxildir. Samsung-un əsas kateqoriyalar üzrə doqquz mükafata layiq görülməsi, istifadəçilərə texnoloji cəhətdən inkişaf etmiş, etibarlı və cəlbedici cihazlar təqdim olunmasının uğurlu təcrübəsinin sübutudur.

Bu il Samsung, beş kateqoriya üzrə üç yuyucu cihaz seqmentində birinci oldu. Beləliklə, Samsung aşağıdakı kateqoriyalarda liderlik əldə edib:

  • Quruducular - ardıcıl olaraq üçüncü il
  • Ön yükləməli paltaryuyan maşınları - ardıcıl olaraq dördüncü il
  • Şaquli yükləməli paltaryuyan maşınları - ardıcıl olaraq üçüncü il

Bundan əlavə, Samsung cihazları Mətbəx Cihazlarıdan Məmnuniyyət araşdırmasının altı seqmentində ən üst sıralarda yer almışdır. Buna misal olaraq, ardıcıl olaraq üçüncü ildir ki, mikrodalğalı sobalar birinci yerdə qərarlaşaraq ən yaxşı performans göstərir. Həmçinin istehsalçının eyni anda bir neçə soyuducusu, xüsusiyyət və parametrlər, performans və etibarlılıq, qiymət, dizay və görünüş baxımından ən yüksək qiymətlərə layiq görüldü: "Fransız qapılı soyuducular" və " Side-by-Side" soyuducuları.

Bişirmə panelləri kateqoriyasında da Samsung altı marka arasında birinci oldu. Qab yuyan maşınlar arasında isə Samsung ikinci ildir ki, Bosch və LG -ni üstələyərək birinci yeri tutur.

Samsung Electronics America -nın Ev Alətləri Böləsinin Vise-Prezidenti və Baş Direktoru Con Herrinqton, bildirib ki: "JD Power tərəfindən bir daha ABŞ məişət cihazları brendləri arasında bazar payı və müştəri məmnuniyyəti sahəsində lider olaraq tanınmağımızdan qürur duyuruq."

Vise-Prezident, şirkətin bu il doqquz mükafat alması və Samsung üçün yeni bir rekorda imza atması ilə yanaşı, istehlakçıların üçüncü il ardıcıl olaraq etibar etdikləri lider brend olmasından şərəf hissi duyduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti