...

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi

İqtisadiyyat Materials 16 Dekabr 2021 15:24 (UTC +04:00)
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Bakı. Humay Ağacanova - Trend:

Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

Trend Türkiyə Mərkəzi Bankına istinadən bildirir ki, iclasda uçot dərəcəsi 1 faiz bənd azaldılaraq 15%-dən 14%-ə endirilib.

Qeyd edilib ki, inflyasiyada noyabr ayında müşahidə edilən artıma - valyuta məzənnələrinin yüksəlməsi, qlobal ərzaq və aqrar əmtəə qiymətlərindəki artımlar ilə tədarük müddətlərindəki axsaqlıqlar kimi təklif istiqamətli ünsürlər və tələbin artması səbəb olub.

Mərkəzi Bankın İdarə heyəti siyasət faizinin 1 bənd endirilərək pul siyasətinin təsir sahəsinin xaricindəki sahənin istifadəsinin tamamlanmasına qərar verib. Verilən qərarların təsirləri 2022-ci ilin ilk rübündə yaxından izləniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti