...

Bakıda bu evlərin kirayə qiyməti ucuzlaşır

İqtisadiyyat Materials 24 Fevral 2022 11:05 (UTC +04:00)
Bakıda bu evlərin kirayə qiyməti ucuzlaşır

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən ay ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin kirayə qiyməti ucuzlaşıb.

“MBA Consulting Group” şirkətindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin yanvar ayında yaşayış və bağ evlərinin kirayə qiymətində 4,22 faiz azalma müşahidə edilib.

Bu müddət ərzində ucuz evlərin kirayə qiyməti 277 manat, orta evlərin kirayə qiyməti 699 manat, bahalı evlərin kirayə qiyməti isə 3682 manat təşkil edb.

Fərdi yaşayış və bağ evlərinin kirayə qiymətinin ucuzlaşması mövsümi xarakter daşıyır. Qış ayları olduğu üçün bu evlərə tələbat azalıb ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti