...

Yaxın zamanlarda kirayə mənzillərin ucuzlaşması gözlənilmir - Ekspert

İqtisadiyyat Materials 22 Aprel 2022 14:47
Yaxın zamanlarda kirayə mənzillərin ucuzlaşması gözlənilmir - Ekspert

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda paytaxtda kirayə mənzillərə tələbat çoxdur.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, Bakıda mərhələli şəkildə köhnə binaların söküntüsü davam edir:

"Bunun nəticəsində həm sökülən binalarda kirayə verilən mənzillər sıradan çıxmış olur, həm də həmin binalarda yaşayan daimi sakinlər də məcburən iki il ərzində kirayədə yaşayırlar. Nəzərə almalıyıq ki, paytaxtda qəzalı və istismar müddətini başa vurmuş kifayət qədər bina var", - E.Fərzəliyev deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda kirayə verilən mənzillərin ucuzlaşması gözlənilmir:

"Fikrimcə azad edilmiş ərazilərimizdə tikinti, bərpa işləri bitdikdən sonra, məcburi köçkünlər ora qayıtdıqdan sonra paytaxtda kirayəyə tələbat azalacaq və qiymətlərdə enmələr müşahidə olunacaq", - E.Fərzəliyev vurğulayıb.

Ekspert əlavə edib ki, qiymətləri aşağı sal biləcək amillərdən biri də tələbə yataqxanalarının tikintisi ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti