...

Azərbaycanda sənaye istehsalı 56 milyard manatı ötüb

İqtisadiyyat Materials 4 Oktyabr 2022 21:00 (UTC +04:00)
Azərbaycanda sənaye istehsalı 56 milyard manatı ötüb

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,1 faiz azalaraq 56,1 milyard manat təşkil edib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə
9,0 faiz artıb.

Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma, 20,6 faizi emal, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 88,4 faiz olub. Ümumi istehsalın 94,4 faizi sənaye məhsullarının istehsalı, 5,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti