...

Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu layihəsinin gələn ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub

İqtisadiyyat Materials 19 Oktyabr 2022 14:41 (UTC +04:00)
Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu layihəsinin gələn ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu gün başlayan “Rebuild Karabakh” - 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində xüsusi stendlə təmsil olunur.

ADY-dən Trend-ə verilən məlumata görə, dəmir yollarına aid özəl güşədə işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən dəmir yolu layihələri barədə ətraflı məlumatlar təqdim olunur, eləcə də foto-video nümayiş etdirilir.

19-21 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan “Rebuild Karabakh” Qarabağın bərpasına həsr olunan yeganə ixtisaslaşmış sərgidir. Qeyd olunan tədbir bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforması sayılır.
Sərgidə ADY-nin stendində Qarabağda reallaşdırılan iki layihə - Horadiz-Ağbənd və Bərdə Ağdam dəmir yolu xətlərinin tikintisi barədə məlumatlar ətraflı şəkildə yer alır.
Bərdə-Ağdam dəmir yolu xəttində layihələndirmə və tikinti işlərinə Prezident İlham Əliyevin 24.11.2020-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Ox üzrə uzunluğu 47,1 km olan bu dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 133 süni mühəndis qurğusunun, 4 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd və Ağdam) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılır. Hazırda tikinti üzrə tərəqqi 58% təşkil edir.

Təməli Prezident İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində qoyulmuş, ox üzrə uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Dəmir yolu xəttinin trassası 9 stansiyadan (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) ibarət olacaq. Layihə çərçivəsində ümumilikdə 453 süni mühəndis qurğusunun, o cümlədən və 70 yoldəyişən qurğunun tikintisi planlaşdırılır.Hazırda 62-71 km aralığında torpaq işləri və süni qurğuların tikintisi işləri davam edir.

Hər iki layihənin 2023-cü ilin sonuna kimi tamamlanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti