...

İslam İnkişaf Bankı Qrupunun prezidenti Sumqayıt Kimya Sənaye Parkında olub

İqtisadiyyat Materials 1 Mart 2023 15:01 (UTC +04:00)
İslam İnkişaf Bankı Qrupunun prezidenti Sumqayıt Kimya Sənaye Parkında olub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Sumqayıt Kimya Sənaye Parkına səfər edib.

Trend xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkəmizdə mövcud sənaye zonaları və aqroparklar, burada həyata keçirilən investisiya layihələri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı nümayiş etdirilib.

Görüş çərçivəsində İslam İnkişaf Bankının sənaye zonalarında həyata keçirilən layihələrə cəlb edilməsi, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.

Sonda Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin Polad boru, “STP” MMC-nin Kabel zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti