...

Azərbaycanda aqrar sığorta ödənişləri 20 faizdən çox artıb

İqtisadiyyat Materials 29 Mart 2023 13:33 (UTC +04:00)
Azərbaycanda aqrar sığorta ödənişləri 20 faizdən çox artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanın kənd təsərrüfatı sektorunda sığorta ödənişlərində artım sürəti 21 faiz olmaqla 11,3 milyondan 13,7 milyon manata çatıb.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən deyiblər.

Sığortalanmış obyektlərin dəyərinin 502,8 milyon manat olduğu qeyd edilib.

"2022-ci ildə sığortalanmış mal-qaranın sayı 13 102 baş, tarla sahələri 261 223 hektar olub. Bundan başqa, ötən il sığorta hadisələri üzrə ödənişlər 2,4 milyon manat təşkil edib", - nazirlikdən bildiriblər.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın aparıcı sığorta şirkətlərinin toplam yığımları 881,805 milyon manat və ya sığorta yığımlarının ümumi həcminin 90,83 faizini təşkil edib, ötən il Azərbaycanın bütün sığorta şirkətlərinin toplam yığımları isə 970,823 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti