...

Bakı Gəmiqayırma Zavodunda gəmi sifarişi ilə bağlı yeni sifarişlər gözlənilir - Elşad Nuriyev

İqtisadiyyat Materials 16 May 2023 13:01 (UTC +04:00)
Bakı Gəmiqayırma Zavodunda gəmi sifarişi ilə bağlı yeni sifarişlər gözlənilir - Elşad Nuriyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın aylarda "Zəngilan" tankerinə oxşar tipli gəmilərin (bərə, tanker, quru yük gəmiləri) tikintisi üçün yeni sifarişlərin qəbulu gözlənilir.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə Bakı Gəmiqayırma Zavodunun idarə heyətinin sədri Elşad Nuriyev jurnalistlərə deyib.

"O cümlədən xaricdən sifarişlərin daxil olması gözlənilir", - o deyib.

Qeyd edək ki, bu gün Azərbaycanda "Zəngilan" tankeriinşasının davam etdirilməsi məqsədilə suya salınıb.

Tanker Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişilə inşa olunmaqdadır.

Tankerin uzunluğu 141, eni 16,9, hündürlüyü isə 6 metrdir. Tankerin dənizdə deveyti 8009 tondur, ən müasir avadanlıqla, o cümlədən hər biri 1200 kilovat gücünə malik iki əsas mühərriklə, yük nasosları, sistem ventilyasiyası, naviqasiya cihazları və separatorla təchiz olunub. Gəminin sürəti saatda 10 uzelə çata bilir. Ümumi tutumu 9 212 kubmetr olan altı yük çəninə malikdir.

“Zəngilan” tankeri zavodun tikinti meydançasından hidravlik arabaların köməyi ilə üzən doka buraxılıb. Zavodun yanalma məntəqəsində performans sınaqları başa çatdıqdan sonra "Zəngilan" tankerinin dəniz sınaqları başlanılacaq.

Qeyd olunub ki, tankerin dizaynı Odessa Dəniz Mühəndislik Bürosu ilə birgə hazırlanıb, qalan bütün tikinti işləri isə azərbaycanlı mütəxəssislər tərəfindən görülüb.

Qeyd edək ki, tankerin tikintisinə 2020-ci ildə başlanılıb.

Xatırladaq ki, bu gün Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün neft və neft məhsullarının daşınması üçün iki tankerin tikintisi davam etdirilir. Bundan başqa, bir nəqliyyat gəmisi (SOCAR-1), üç sərnişin gəmisi ("Üfüq", "Zəfər" və "Turan"), iki tanker ("Laçın" və "Kəlbəcər") və iki gəmi-bərə ("Azərbaycan" və "Zərifə Əliyeva") inşa edilərək istismara verilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti