...

Bakıda bağ evlərinə tələbat azalıb

İqtisadiyyat Materials 8 Avqust 2023 12:30 (UTC +04:00)
Bakıda bağ evlərinə tələbat azalıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu yay Bakıətrafı qəsəbələrdə yerləşən bağ evlərinə təlabatı azalıb.

Bunu Trend-ə Bakıətrafı qəsəbələrdə evlərin icarəsi ilə məşğul olanlar bildirib.

Onların sözlərinə görə, bağ evlərinə tələbat havanın necə keçməsindən asılıdır. Bu il yay mövsümündə havaların tez-tez dəyişməsi bağ evlərinə marağı azaldıb. Bu səbəbdən hazırda bağ sahibləri evlərini ucuz qiymətə təklif edirlər.

Məsələ ilə əlaqədar əmlak üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bağ evlərinə marağın azalması pandemiyanın zəifləməsi ilə əlaqədardır.

"Pandemiyaya görə bağ evlərinin də qiyməti kəskin bahalaşmış və tələbat artmışdı. Lakin hazırda pandemiyaya görə qoyulan qadağalar aradan qaldırıldıqdan sonra Bakıətrafı bağ evlərinə marağın azalması təbiidir. Lakin demək olmaz ki, tələbat və qiymət çox aşağı düşüb", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti