...

Ötən il dövlət büdcəsində yaranan kəsir məlum olub

İqtisadiyyat Materials 17 Yanvar 2024 13:22 (UTC +04:00)
Ötən il dövlət büdcəsində yaranan kəsir məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16% artaraq 35 milyard 574,8 milyon manat təşkil edib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il büdcənin xərcləri isə 13,7% artaraq 36 milyard 458,5 milyon manata yüksəlib.

Nəticədə ötən il büdcə kəsiri 883,7 milyon manat təşkil edib. Bu isə 2022-ci ilə nisbətən 37% azdır. Belə ki, 2022-ci ildə büdcə kəsiri 1 mlrd. 402,8 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti