Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda POS-terminallar vasitəsilə aparılan ölkədaxili ödənişlərin sayı 56,9 milyon ədədə, həcmi isə 1,052 milyard manata bərabər olub.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə say baxımından 13,8 milyon ədəd və ya 32%, həcm baxımından isə 122 milyon manat və ya 13,1% çoxdur.
Eyni zamanda, Azərbaycanda POS-terminallar vasitəsilə aparılan ölkədaxili ödənişlərin cəmi sayından 55,3 milyon ədədi, ümumi həcmindən isə 1,004 milyard manatı təmassız qaydada həyata keçirilib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə say ifadəsində 13,7 milyon ədəd və ya 32,9%, həcm ifadəsində isə 134 milyon manat və ya 15,4% artım deməkdir.