Bakı. Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 1 427 ədəd noutbuk istehsal edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 596 ədəd və ya 71,7% çoxdur.
Bununla yanaşı, cari ilin ilk 4 ayında Azərbaycanda 1 684 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da, illik müqayisədə 1 057 ədəd, yaxud da 2,7 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 831 ədəd noutbuk, 627 ədəd stolüstü kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-aprel aylarında 65,1 milyon manatlıq məhsul istehsal olunub.