...

Bakıda “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib (YENİLƏNİB) (FOTO)

İqtisadiyyat Materials 27 May 2025 15:14 (UTC +04:00)
Bakıda “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib (YENİLƏNİB) (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.

Trend xəbər verir ki, sözügedən mövzuda ictimai müzakirə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Daxili İşlər Nazirliyinin (DİN) dəstəyi ilə təşkil olunub.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə yol istifadəçiləri üçün yaşıl texnologiyaların tətbiqi, bu sahədə çağırışlar, yaşıl nəqliyyat vasitələrinin fəaliyyəti müzakirə edilib.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov tədbirdə çıxış edərək bildirib ki, 2023-cü illə müqayisədə dövlət qeydiyyatına alınan elektrik mühərrikli və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb.

O qeyd edib ki, respublika üzrə dövlət qeydiyyatında olan ümumi nəqliyyat vasitələrinin 1 909 873 ədəddir.

"Onlardan elektrik mühərrikli 6974, hibrid mühərrikli isə 83 351 ədəddir. Bakı şəhərində dövlət qeydiyyatdan olan ümumi nəqliyyat vasitələrinin sayı 804 223 ədəddir. Elektrik mühərrikli 5 812, hibrid mühərrikli 57 530 ədəddir", - nazir müavini əlavə edib.

Onun sözlərinə görə, 2023-cü illə müqayisədə respublika üzrə 291 məntəqədə 608 ədəd elektrik doldurma cihazı quraşdırılıb.

"Onlardan 160 məntəqə üzrə 426-sı Bakı şəhərində, 17 məntəqə üzrə 17-si Qarabağda, 2 məntəqə üzrə 4-ü Şərqi Zəngəzurda, 101 məntəqə üzrə 161-i digər ərazilərdədir.

Həmin cihazlardan 46 məntəqə üzrə 130-u "Azərişıq" ASC-də, 245 məntəqə üzrə 478-i isə digər fiziki və hüquqi şəxslərə məxsusdur", - o bildirib.

Əlavə olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev isə çıxış edərək bildirib ki, mikromobil nəqliyyat vasitələri üzrə 2024-cü ilin sentyabrından bu ilin aprelinədək 1,4 milyon sifariş qəbul edilib və icra edilib.

O qeyd edib ki, bu səfərlərin böyük hissəsi seherin mərkəzində həyata keçirilir. 770 min nəfər mikromobillik vasitələrindən istifadə edib:

"Səfərlərin 70 faizi 3 km məsafəyə qədər olan hissələri əhatə edir. Bakıda velosipedlərin sayı beynəlxalq təcrübədən daha yüksəkdir. Əlavə sifarişlər də veriləcək".

Onun sözlərinə görə ötən ilin sentyabrından bu ilin aprel ayınadək "Apar" xidməti çərçivəsində velosipedlərin istifadəsi üzrə 164 min sifariş qəbul edilmiş və 455 min kilometr məsafə qət edilmişdir.

O bildirib ki, bu, Bakı şəhərinin mərkəzində qət edilmiş məsafələrdir: "İslahatlara başlama ərəfəsində taksi ilə 3 kilometrədək edilən səfərlərin payı 40% təşkil edirdi. Məlumat üçün bildirim ki, Bakı şəhərində biz islahatlara başlayanda bir gün ərzində taksi səfərlərin sayı 600 mindən çox idi. Bu fantastik bir rəqəm idi. O səfərlərin 240 mini Bakının mərkəzində baş verirdi. Amma hal-hazırda bu göstərici 12-13%-ə qədər enmişdir. Yəni Bakı şəhərinin mərkəzində 0-3 kilometr məsafədə taksi yürüyüşləri ümumi taksi səfərlərinin sayının cəmi 12-13%-ni təşkil edir".

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti