...

Bakının hansı rayonlarında köhnə binalarda mənzillərin qiyməti bahalaşıb? - CƏDVƏL

İqtisadiyyat Materials 3 Dekabr 2025 14:34 (UTC +04:00)
Bakının hansı rayonlarında köhnə binalarda mənzillərin qiyməti bahalaşıb? - CƏDVƏL
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin noyabr ayında Bakının bütün rayonlarında köhnə tikili mənzillərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Bu barədə Trend-ə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Yasamal rayonunda qeydə alınıb. Belə ki, sözügedən rayonda köhnə tikili mənzilin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 19,2% artıb. Bu rayon üzrə köhnə tikili mənzilin 1 kv.metrinin satış qiyməti 2.662 manat təşkil edir.

Səbail, Nəsimi, Nərimanov rayonları da mənzil bazarında artım müşahidə edilib. Səbail rayonunda köhnə tikili mənzilin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 17,4%(1kv.metr 2994manat), Nəsimi rayonunda 16,3% (1kv.metr 2602 manat), Nərimanov rayonunda isə 14,6%(1kv.metr 2873 manat) artım müşahidə edilib.

Nizami rayonunda köhnə tikili mənzilin 1 kv.metrinin satış qiyməti 2601 manat(5,6% artım), Binəqədi rayonunda 2490 manat(4,1%artım), Xətai rayonunda 2598 manat (6,5% artım), Suraxanı rayonunda 1906 manat (3,5% artım), Sabunçu rayonunda 2095 manat (7,6% artım), Qaradağ rayonunda 1381 manat (2% artım), Pirallahı rayonunda 1308 manat(0,5% artım), Xəzər rayonunda 1431 manat (5,3% artım) təşkil edib.

Ümumilikdə, 2024-2025-ci illər aralığında Bakıda daşınmaz əmlak bazarında son bir ildə davamlı qiymət artımı müşahidə edilib, bu proses xüsusilə mərkəzi və prestijli rayonlarda daha intensiv qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti